“Bütün xərçəng növlərinin sonuna çıxacam, bəzi şeyləri tapmışam” deyən türkiyəli həkim evində ölü tapıldı.
“Medicina” xəbər verir ki, Əskişəhərdəki evində ölü tapılan təqaüdçü həkim Mustafa Savan Günayın meyitinin müayinəsi tamamlanıb.
Tepebaşı mahalı Hoşnudiye məhəlləsində İsmət İnönü-1 küçəsində yaşayan təqaüdçü həkim Mustafa Savan Günayın şəhər xaricində olan dostu ondan xəbər ala bilməyib. Ötən həftənin cümə axşamı günü evin təmizlik işçiləri xəbərdar edilib.
Mənzilin 2-ci mərtəbəsində heç kim qapını açmayınca evə baxış keçirməyə gələn işçi bu barədə polisə məlumat verib.
Qapını çilingər tərəfindən açılaraq mənzilə daxil olan qruplar Mustafa Savan Günayı yatağında hərəkətsiz vəziyyətdə tapıblar. Sağlamlıq qrupları müayinədən sonra Günayın həyatını itirdiyini təyin etdi. Günayın cəsədi polis və prokurorluq əməkdaşlarının müayinəsindən sonra xəstəxananın morquna aparılıb.
Xəstəxanada aparılan yarılmada ölümü şübhəli sayılan Mustafa Savan Günayın cəsədində hər hansı kəsici və deşici alət izinə rast gəlinməyib və götürülən nümunələr Ədliyyə Tibb Qurumuna göndərilib. Təqaüdçü həkim Günayın ölümünün dəqiq səbəbi qurumun hazırlayacağı hesabatdan sonra bəlli olacaq.
Təqaüdçü həkim Mustafa Sənan Günay may ayında sosial şəbəkədə 25 ildir xərçəngin səbəblərini araşdırdığını bildirərək,
"25 ildir xərçəngin səbəbləri ilə mübarizə aparıram. Artıq problemi 75 faiz həll etdiyim üçün Magna Lunaca (əlavə qida) təqdim etdim. Kifayət qədər yaşasam, bütün xərçəng növlərini bir dərmanla bitirəcəyəm” kimi açıqlamalar vermişdi.
Ölümündən sonra doktor Günayın sözləri sosial mediada yenidən maraq qazanıb, bir çox açıqlamaları trend mövzusuna çevrilib. İnsanlar onun qəsdən aradan götürüldüyünü deyir.
Aygün Musayeva
Böyrək almaq istəyirsiniz, yoxsa böyrəyinizi satmaq istəyirsiniz? Maliyyə böhranı səbəbindən böyrəyinizi pul müqabilində satmaq fürsəti axtarırsınız və nə edəcəyinizi bilmirsinizsə, bu gün bizimlə əlaqə saxlayın və biz sizə 500.000 ABŞ dolları və Böyrəyiniz üçün həyat və tibbi sığorta daxil olmaqla yaxşı məbləğdə pul təklif edəcəyik. Mənim adım DOCTOR MAXWELL MOUNT ALVERNIA HOSPITAL-da Beynəlxalq Nevroloq məsləhətçisiyəm. Klinikamız Böyrək və digər Cərrahiyyə üzrə ixtisaslaşmışdır və biz eyni zamanda müvafiq donorla böyrəklərin alınması və transplantasiyası ilə məşğul oluruq. Biz Sinqapur, Türkiyə, ABŞ, Malayziya, Hindistan, Almaniyada yerləşirik. Əgər siz böyrək satmaq və ya almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin, E-poçt: [email protected] Whats-app nömrəsi: +447463920079 Hörmətlə, DR MAXWELL .P. Beynəlxalq Tibbi məsləhətçi.PHDLL.CDC.