Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı ot unutqanlığa faydalıdır? - Yaddaşı gücləndirən 6 dərman bitkisi

  • 2025.06.21 08:24
  • 141 Baxış
Hansı ot unutqanlığa faydalıdır? -  Yaddaşı gücləndirən 6 dərman bitkisi

Unutqanlıq gündəlik həyata mənfi təsir edən ümumi problemdir. Bir çox insan yaddaşını gücləndirmək üçün təbii yollar axtarır.

Bəs, hansı otlar unutqanlığa yaxşı gəlir?

Beyin sağlamlığını dəstəkləyən dərman bitkiləri...

Gündəlik həyatın tempi, stress və sıx informasiya axını unutqanlıq problemlərini artırır.

Bir çox insanlar yaddaşını gücləndirmək və zehni gücünü artırmaq üçün təbii həllərə müraciət edirlər.

Elmi araşdırmalarla da dəstəklənən bəzi dərman bitkiləri zehni performansı artırmağa kömək edir. Xüsusilə bəzi bitkilər beyin funksiyalarını dəstəkləyərək yaddaş itkisini azalda bilər.

Unutqanlığa qarşı ən çox tövsiyə olunan və yaddaşa faydalı bitkilər...



1. Ginkgo Biloba

Ginkgo Biloba dünyada ən məşhur yaddaş gücləndirici bitkilərdən biridir. Beyində qan dövranını artıraraq diqqət və yaddaşa müsbət təsir göstərir.

2. Adaçayı

Tərkibindəki antioksidantlar sayəsində adaçayı beyin hüceyrələrini qoruyur və zehni funksiyaları yaxşılaşdırır. Müntəzəm olaraq içildikdə konsentrasiyanı artırır və öyrənməyi asanlaşdırır.

3. Rozmarin (Bibəriyə)

Araşdırmalar göstərib ki, hətta rozmarin qoxusu da yaddaşa müsbət təsir göstərir. Tərkibindəki karnozik turşu beyin hüceyrələrini qoruyur və zehni funksiyaları dəstəkləyir.



4. Sarıkök

Tərkibində curcumin adlı güclü birləşmə olan sarıkök beyin sağlamlığını qoruyan təbii iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Alzheimer xəstəliyinə qarşı qoruyucu təsiri olduğu düşünülür.

5. Brahmi (Bacopa Monnieri)

Ayurveda təbabətində əsrlər boyu istifadə edilən brahmi bitkisi öyrənmə, yaddaş və konsentrasiyada təsirli ola bilər. Beyin hüceyrələri arasında siqnal ötürülməsini artırdığı bilinir.



6. Jenşen (Ginseng)

Ginseng həm fiziki, həm də zehni yorğunluğu azaltmaqla idrak performansını artıra bilər. Koreya jenşeni xüsusilə unutqanlığa və diqqəti yayındırmağa qarşı tövsiyə olunur.

Aygün
Medicina.az