Öpüş və qucaqlaşmalar insana toxunma ilə təsir edir, bununla da motor sferasını inkişaf etdirir.
“Medicina” xəbər verir ki, klinik psixoloq Daria Salnikova bu barədə məlumat verib.
"Öpüş əsəb sisteminə müsbət təsir göstərən təxminən 40 və ya daha çox sinir uclarını əhatə edir, bununla da insult və damar xəstəliklərinin qarşısının alınmasına töhfə verir. Eyni şey qucaqlaşmalara da aiddir" .
O xatırladıb ki, insanın motor sferasına yeddi hiss daxildir: toxunma, qoxu, görmə, eşitmə, toxunma, vestibulyar aparat və əzələ yaddaşı.
Psixoterapevt Vanessa Marin (ABŞ) daha əvvəl demişdi ki, qucaqlaşma və öpüşlər partnyorlar arasında emosional əlaqənin möhkəmlənməsində mühüm rol oynayır. O dedi ki, öpüşün optimal müddəti altı saniyə, qucaqlaşma isə 20-30 saniyədir.
Aygün Musayeva