Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

60 yaşlı kişi tərəfindən cinsi zorakılığa məruz qalan uşağın vəziyyəti

  • 2025.07.03 15:32
  • 192 Baxış
60 yaşlı kişi tərəfindən cinsi zorakılığa məruz qalan    uşağın vəziyyəti



Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yaşlı kişinin 11 yaşlı uşağa qarşı seksual hərəkətlər edildiyi iddia olunur.

"Medicina" xəbər verir ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə uşaqla görüşdüyünü açıqlayıb.


"Azyaşlı ilə görüşdük. Psixo-diaqnostika aparıldı. Uşağın durumu pisdir - qorxu, yuxu pozuntusu, evə qapanma. Ən çox sevdiyi babasından belə qorxur. Ailənin dediyinə görə, təhqiqatçı hadisəni təsdiqləyəcək hər hansı bir sübut olmadığını bildirib".

Məsələ ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə tibbi, məhkəmə-psixiatrik, psixoloji ekspertizalar təyin olunub.

MEDİCİNA.AZ