Çində Siçuan əyalətində yerli bir kafedə qəribə, orijinal içki təqdim olunur.
“Medicina” xəbər verir ki, bişmiş donuz ətindən maye qəhvəyə əlavə edilməklə, latte hazırlanır.
Bu da, içkiyə unudulmaz şirin və duzlu dad verir.
Kafenin sahibi bildirib ki, qəhvənin hər porsiyasına sakatatdan düz 6 qram maye əlavə olunur.
Yeni məhsulun qiyməti 4,47 dollardır və qeyri-adi latteni dadmaq istəyənlər az deyil. Kafedə satışlar artıb və bu, insanların hələ də qastronomik dadlar öyrənməyə hazır olduğunu göstərir.
Aygün Musayeva