Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şortik geyinmək qadağan edildi: Əməl etməyənlər cərimələnəcək

  • 2025.06.25 17:24
  • 1691 Baxış
Şortik geyinmək qadağan edildi:  Əməl etməyənlər cərimələnəcək

Türkiyədə Ədirnədə ictimai nəqliyyat və taksi sürücüləri ilə bağlı yeni qayda qüvvəyə minib.

Medicina.az xəbər verir ki, Ədirnə Sürücülər və Avtomobil Sahibkarları Palatası Başçısı Əli Şahin sosial media hesabından elan edib ki, Bələdiyyə Məclisinin qərarı ilə sürücülərin avtomobil idarə edərkən şortik və tərlik geyinməsi qadağan edilib.

Yeni qaydaya əsasən, bu geyimdə sürücülərə qarşı inzibati tənbeh tədbirləri görüləcək.



Əli Şahin açıqlamasında deyir:

“Qaydalara uyğun olaraq, Ədirnə Bələdiyyəsi tərəfindən ictimai nəqliyyatda aparılacaq yoxlamalar zamanı qaydaya uyğun olmayan şəkildə (şort, qolsuz köynək, idman şalvar və başmaq kimi) geyinən nəqliyyat vasitələrinin sürücülərinə qarşı inzibati tənbeh tədbirləri görüləcək."

Aygün
Medicina.az