Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Serebral palsi diaqnozlu uşağın dəyişimi- Pasiyent hekayəsi - Video

  • 2025.06.19 12:04
  • 275 Baxış
Serebral palsi diaqnozlu uşağın dəyişimi - Pasiyent hekayəsi - Video

Serebral palsi – serebral iflic döldə ya da körpənin həyatının ilk aylarında beyindəki lezyon və ya zədələnmənin nəticəsində inkişaf edən xəstəlikdir.

"Medicina" xəbər verir ki, Reabilitasiya mərkəzlərində uşaq pasiyentlərin çoxu doğuşdan və ya bətndaxili problemlərdən qaynaqlanan serebral palsi diaqnozludur. Xəstəlik erkən düzgün diaqnoz və müdaxilə tələb edir.

Əvvəllər bu uşaqlar yataq xəstəsi olur, tez vəfat edir, ailəyə yük olur, sadəcə əqli gerili əlil uşaq kimi yalnız evdə yatılı vəziyyətdə saxlanılırdı. Lakin indi bu xəstəliyin müalicəsində xeyli dəyişikliklər var. Vaxtında müraciət etdikdə bədən və motor hərəkət davranışlarında xeyli irəliləmə əldə olunur. Uşaqlar yatağa məhkum yaşamır, aktiv olur və anasına, ailəsinə də yükə çevrilmir.

Belə uşaqlardan biri də 6 yaşlı Baloğlan Əsgərovdur. Onun hekayəsi çox valideynlərə ümid ola bilər. Ana övladında olan dəyişikliklərin göz onundə olduğunu deyir və artıq övladı evdə təhsilə hazırlaşır.

Ətraflı BTV-də izləyin: