Qəpik-quruşluq lüqol orqanizmi möhkəmlədir – Sovet dövrünün yadigarı

  • 2019.03.07 19:29
  • 83312 Baxış
Qəpik-quruşluq lüqol orqanizmi möhkəmlədir –  Sovet dövrünün yadigarı
Bu gün həm cibə, həm cana xeyir dərman vasitələri tapmaq çətin məsələdir. Lakin hələ də sovet dövründə etibar qazanmış çox effektiv preparatlar əlçatandır. Yəqin ki, o illərdə həkimlər xüsusən boğaz problemlərində həm uşaqların, həm böyüklərin boğazını lüqol məhlulu ilə sildirdiyini xatırlayırsız. İllərlə sınanmış bu vasitə bu gün yerini bahalı məhlullara versə də, hələ ki,  lüqol öz yerini itirməyib. 


Qrip, zökəm, angina, badamcıq iltihabı, xroniki yorğunluq, hətta bəzi kişi problemlərində də lüqol və lüqolun qliserinlə məhlulu köməyinizə gələ bilər. 

Medicina.az xəbər verir ki, qliserinli lüqol həm də orqanizmin müdafiə funksiyasını artırır. 


Lüqolu hansı xəstəlik və problemlərdə necə istifadə edə bilərsiz?

 


-Qrip, zökəm, soyuqlama


Bir stəkan isti suda 1 çay qaşığı alma sirkəsi və 2 damcı aptek lüqolu həll edin. Bu məhlulu 10 gün yemək zamanı hər axşman için. Bu, immunitetinizi möhkəmlədəcək. 


-Boğazda ağrı, angina


Badamcıqları pambıq qulaq çöpünü lüqola batıraraq silin. Bir qədər yandırıcı təsir edəcək. Bu prosedurdan sonra 1 saat ərzində yemək yeməyin.


-Xroniki yorğunluq


Həftədə 2 dəfə lüqollu məhlul qəbul etməklə bu sindromu azalda bilərsiz. Bunun üçün 65-70 kq çəkiyə kimi 1 damcı lüqol yarım stəkan suda həll edib, həftədə 2 dəfə için. 


-Prostat iltihabı


Bu xəstəlik zamanı bir stəkan isti suda 1 çay qaşığı alma sirkəsi və 1 damcı lüqolu həll edib 2 saat saxlayırsız və yatmazdan əvvəl içirsiz. Kurs 1 aydır. 


-Angina, faringit və laringitdə


İnhalyasiya, qarqara və s edə bilərsiz.


-Varikoza qarşı


Tromb və varikoza qarşı profilaktika məqsədilə bir stəkan suda 1-2 damcı lüqol həll edib qəbul edə bilərsiz.


-Qalxanvari vəz problemi, yod çatışmazlığında


Lüqolu 1 stəkan suda 1 damcı olmaqla həll edib içmək olar.

 

Qəpik-quruşluq lüqol orqanizmi möhkəmlədir –  Sovet dövrünün yadigarı