Yaponiyadakı Wakatori restoranının sahibi Yoshihiro Tsuchiya bu yaxınlarda Yaponiya Qızardılmış Toyuq Qran Pri yarışmasında qızıl medal qazanıb.
Daha sonra o, müəssisəsinin uğurunun əsas sirrini bölüşdüyü bir müsahibə verdi.
Medicina.az xəbər verir ki, 66 il əvvəl açılan restoran heç vaxt toyuq qızartmaq üçün istifadə olunan yağı o vaxtdan dəyişməyib. Wakatori-nin imza yeməyi unikaldır, çünki "köhnəlmiş yağ" unikal dad verir.
Restoran sahibinin açıqlamalarından hər kəs təsirlənmədi. İnsanlar köhnə yağın istehlak üçün təhlükəli olduğundan qorxdular.
Yoshihiro izah etdi ki, hər gün toyuq qızartmaq üçün istifadə olunan yağ bütün çirklərdən təmizlənir və süzülür, bundan sonra ertəsi gün yeni yağ əlavə olunur. Beləliklə, texniki olaraq, restorandakı yağın əslində 66 illik olduğunu deyə bilməzsiniz, amma yenə də 66 illik molekulları ehtiva edə bilər.
Aygün Musayeva