Qırışlar yaşlanma ilə inkişaf edən bir problem olsa da, bəzən bir xəstəliyin əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, qırış problemləri bir çox insanda yaşlanma səbəbindən yayqındır. Lakin, dərin alın qırışları yalnız yaşlanmadan qaynaqlanmır. Alnında dərin qırışları olan insanların ürək-damar xəstəliklərindən ölmə riskinin daha yüksək olduğu bildirilir.
Fransız alimlərinin bu mövzuda apardığı tədqiqatlarda çox maraqlı tapıntıların əldə edildiyi öyrənilib. 20 illik tədqiqatlar çərçivəsində qaşların üstündə yerləşən qırışların ürək xəstəliyi və ya insult kimi mümkün problemlərin vacib göstəricisi olduğu bildirilir.
Ürək-damar xəstəlikləri ilə bağlı yeni bir tədqiqatın nəticələri hər kəsi təəccübləndirib. Mövzu ilə bağlı elmi araşdırmalara görə, alnında qırışları olan insanların ürək-damar xəstəliklərindən ölmə riski 10 dəfə çoxdur.
20 yaşdan yuxarı 32-62 yaşlı 3200 sağlam şəxs üzərində aparılan tədqiqatda qırışların sayına və dərinliyinə əsaslanan qiymətləndirmə sistemi istifadə edilib. İki və ya üç bal toplayanların ölüm riski sıfır bal toplayanlarla müqayisədə daha yüksək olub.
Səssiz ürək tutmaları üçün risk faktorları diqqətəlayiqdir. Ürək tutması risk faktorlarına bənzər simptomlar təqdim edən bu problemin kişilərdə 45 və yuxarı yaşda, qadınlarda isə 55 və yuxarı yaşda baş verdiyi düşünülür. Diabet, piylənmə, yüksək təzyiq və ailədə ürək xəstəliyi tarixçəsi kimi amillər də risk faktorları arasındadır.
Aygün
Medicina.az