Fuad İslamzadə Prezident tərəfindən ordenlə təltif edildi

  • 2026.06.17 16:30
  • 535 Baxış
Fuad İslamzadə  Prezident tərəfindən     ordenlə təltif edildi

Bu gün Prezident sərəncamı ilə təltif edilən səhiyyə işçiləri siyahısında Tibb Universitetinin dosenti, "Azərbaycan Tibb" jurnalının baş redaktor müavini Fuad İslamzadə də var. O, 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Medicina.az xəbər verir ki, ATU-nun Bioloji kimya kafedrasının dosenti Fuad İslamzadə 50 ilə yaxındır Səhiyyə sistemində elmi tədqiqat işləri istiqamətində səmərəli fəaliyyət göstərir.


Saytımıza açıqlamasında F. İslamzadə xəbərin gözlənilməz olduğunu bildirib.

"Sözün açığı gözləmirdim. Sərəncamdan sonra mənə həmkarlar təbrik yazanda xəbər tutdum. Prezidentimizə təşəkkür edirəm ki,kiçik əməyimi, zəhmətimi nəzərə alıb qiymətləndirib. Eyni zamanda təqdimata görə cənab səhiyyə nazirimizə də minnətdarlığımızı bildirirəm. Təbii ki, çox xoş və sevincli xəbər oldu".

Aygün Musayeva