Pəncərələri 3 il açıq qoydu - Qayıtdığında peşman oldu-FOTO

  • 2026.05.26 21:09
  • 87 Baxış
Pəncərələri 3 il açıq qoydu -   Qayıtdığında peşman oldu-FOTO

Rusiyada illərdir boş olan mənzil sahibi qayıdanda göyərçin yuvasına çevrilmiş vəziyyətdə tapılıb.

Medicina.az xəbər verir ki, Vorkutada yaşayan bir kişi təxminən üç il əvvəl işləmək üçün Sibirə gedib.

Lakin o, gedərkən pəncərələrdən birini bağlamağı unutub.

Açıq pəncərəni görən göyərçinlər tez bir zamanda mənzilə yerləşiblər. Zamanla quşlar içəridə yuvalar quraraq mənzili tamamilə "işğal" ediblər.



Üç il boş qalan ev yüzlərlə lələk, nəcis və yuva ilə örtülmüşdü.

Kişi evə qayıdanda mənzərədən çox təəccüblənib.

Mebellərin üzərinə onlarla göyərçin düzülmüşdü və döşəmələr demək olar ki, tamamilə quş nəcisi və lələkləri ilə örtülmüşdü.

Həmçinin qeyd edilib ki, quşlar təkcə evə girib-çıxmır, həm də içəridə yaşayış sahəsi yaradırdılar. Mənzilin son vəziyyətini göstərən görüntülər Rusiya sosial mediasında sürətlə yayıldı və gündəm olub.



Aygün
Medicina.az