Məşhur aktyor Okan Yalabık son görünüşü ilə amerikalı milyarder iş adamı Elon Maskla müqayisə edilib.
Medicina.az xəbər verir ki, "Möhtəşəm Yüzyıl" serialında Pargalı İbrahim obrazı ilə yadda qalan məşhur aktyor Okan Yalabık son görünüşü ilə sosial mediada müzakirə mövzusuna çevrilib. Aktyorun yeni stili və kökəlib ortaya çıxması izləyicilərini təəccübləndirib.
İstifadəçilər aktyorun son görünüşünü amerikalı milyarder iş adamı Elon Maskla müqayisə ediblər. Çoxsaylı şərhlər alan fotolar sosial mediada fikir ayrılığına səbəb olub, bir çox fanat da Yalabıkı dəstəkləyərək onun hər cəhətdən çox uğurlu bir sənətçi olduğunu bildirib.
Aygün
Medicina.az