104 yaşlı saç ustası bu 2 qidadan imtina edib

  • 2021.12.23 15:20
  • 1908 Baxış
104 yaşlı saç ustası bu 2 qidadan  imtina edib
Tennesi ştatının Memfis şəhərindən olan 104 yaşlı amerikalı uzunömürlülüyünün sirrini bölüşüb.

Ernestina Spense uzunömürlülüyünə səbəb kimi yeməyə olan sevgisini göstərib.


“Mənim əla iştaham var, doyunca yeməyi sevirəm. Qarğıdalı çörəyi, qırmızı kartof və turpu xoşlayıram. İstənilən yeməyi yesəm də, duz və şəkərdən imtina etmişəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, Spense 1917-ci ildə Memfisdə anadan olub və bütün həyatını doğma şəhərində keçirib. Qadın uzun illər bərbər işləyib; bir neçə nəsil şəhər əhalisi onun müştərisi olub. Buna görə də şəhərin ən tanınmış bərbərlərindən biri sayılıb.


104 yaşlı saç ustası bu 2 qidadan  imtina edib