104 yaşlı veteran koronavirusa qalib gəldi

  • 2020.04.04 08:21
  • 1382 Baxış
104 yaşlı veteran koronavirusa qalib gəldi
İkinci Dünya müharibəsinin 104 yaşlı veteranı Uilyam Lepşis doğum günündə koronavirusa qalib gəlib.

Bu barədə “CBS News” xəbər verib.


Uilyam Lepşis koronavirusa ABŞ-ın Oreqon ştatında yerləşən veteranlar evində yoluxub. İlk simptomları o, martın 5-də hiss edib, daha sonra o, otağında özünü təcrid edib. Bir aydan az müddətdə o, tamamilə sağalıb.

Çərşənbə günü, aprelin 1-də ameriakı 104-cü doğum gününü qeyd edib. Həmin gün onun yanına ailəsi gəlib, lakin onlar ahılı uzaq məsafədən təbrik etməli olub. Koronavirus səbəbindən ora daxil olmaq qadağan olunub. Belə ki, ahıllar evində 15 koronavirusa yoluxma halı qeydə alınıb, iki sakin dünyasını dəyişib.

Qohumlarının ziyarəti zamanı Lepşis özünü yaxşı hiss etdiyini deyib.