110 yaşdan yuxarı insanlarda maraqlı xüsusiyyət aşkarlandı

  • 2026.08.24 16:08
  • 102 Baxış
110 yaşdan yuxarı insanlarda maraqlı xüsusiyyət aşkarlandı

Alimlər 110 yaşdan yuxarı sağlam insanlarda nadir rast gəlinən CD4 sitotoksik T hüceyrələrinin qeyri-adi dərəcədə çox olduğunu müəyyən ediblər.

Medicina.az xəbər verir ki, bu hüceyrələrin payı 70–90 yaşlılarda 4%, 100 yaşlılarda 9,6%, 110 yaşdan yuxarı insanlarda isə 17,6% təşkil edib. Hüceyrələrin zamanla çoxalaraq müxtəlif funksiyalar qazana bildiyi müəyyənləşdirilib.

Tədqiqatçılar hesab edirlər ki, bu immun xüsusiyyət uzunömürlülükdə və yaşla bağlı xəstəliklərdən, o cümlədən bəzi xərçəng növlərindən qorunmada rol oynaya bilər. Lakin bunun uzunömürlülüyə birbaşa səbəb olduğu hələ sübut edilməyib.

Xanım,
Medicina.az