Rusiyanın ən yaşlı qadınlarından biri 112 yaşında vəfat edib.
Medicinaş.az xəbər verir ki, Nafizə Jarılqapova 1 iyul 1914-cü ildə qazax ailəsində anadan olub.
Bu barədə Qazaxların Milli Mədəni Muxtariyyəti "AK ZHOL" məlumat yayıb.
"(Son günlərində – red.) o, Qazaxıstanın Uralsk şəhərində dəfn olunduğu uşaqlarını ziyarət edirdi", - təşkilatın mənəvi, mədəni və təhsil yardım şöbəsinin müdiri Yerbulat Saqandıkov bildirib.
O, ömrünün çox hissəsini Orenburq vilayətində keçirib, daha sonra nəvəsinin ailəsi ilə birlikdə Samara vilayətinə köçüb.
Samara regional hökumətinin mətbuat xidməti Jarılqapovanın beş uşaq böyütdüyünü dəqiqləşdirib. Onun 24 nəvəsi, 52 nəticəsi və 32 nəticəsi var.
Aygün Musayeva