12 günlük körpəyə süni damar yerləşdirildi

  • 2019.09.06 11:31
  • 6527 Baxış
12 günlük körpəyə süni damar yerləşdirildi

 Ankarada yaşayan Məryəm-Ersin İsem cütlüyünün 12 gün əvvəl 2 kilo 350 qram ağırlığında oğlan övladı dünyaya gəlib. Medicina.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni doğulmuş körpənin sən demə, qanı ürəkdən ağciyərə daşıyan damarı inkişafdan qalıbmış. Təcili olaraq körpəyə Sami Ulus Təhsil və Araşdırma Xəstəxanasında 3.5 mm. ölçüsündə süni damar qoyulub. Əməliyyat 1 saat yaxın davam edib. Balaca uğurlu əməliyyatdan sonra reanimasiaya qaldırılıb, müayinə və müalicəsi davam etdirilir.

 

 

Həkimin sözlərinə görə əməliyyat, balacanın ürəyi dayandırılmadan edilib.

 

 

"Mövcud problem uşaqda anadəlmə vardı. Ağciyərə qan daşınması az qala mümüksüz idi. Biz bu əməliyyatla həmin probelmi aradan aldırdıq. Məqəsdimiz körpəni həyatda saxlamaq və sağlam etmək idi. Əməliyyat uğurlu keçdi, amma xəstənin ümumi durumu haqqında məlumat vermək üçün hələ tezdir. Körpə müşahidə altındadır. Türkiyədə tez-te bu cür əməliyyatlar edilir. Bu problemlə bağlı xarici ölkələrdən də müraciətlər daxil olur. Uşaqlarda müşahidə edilən kardioloji problemlərə təcili şəkildə müdaxilə edilməlidir.”

 

Ayna Məmmədova

Medicina.az

12 günlük körpəyə süni damar yerləşdirildi