12 mart BÖYRƏK GÜNÜDÜR - Sidik kisəsi iltihabından necə qurtulmalı - VİDEO

  • 2020.03.12 16:23
  • 8493 Baxış
12 mart BÖYRƏK GÜNÜDÜR  - Sidik kisəsi iltihabından necə qurtulmalı - VİDEO

Hər il milyonlarla insan sidik kisəsinin iltihabi xəstəliyi olan sistitdən əziyyət çəkir. Qadınlar sidik yollarının anatomik quruluşu ilə əlaqədar kişilərə nisbətən 5-6 dəfə daha çox xəstələnirlər. Beləki, qadın uretrası (sidik axarı) anatomik olaraq daha qısa və enlidir, bu da qalxan infeksiyalara əlverişli şərait yaradır.


Medicina.az xəbər verir ki, statistikaya görə, hamilə qadınlar da risk qrupuna aiddir (10-50% hamilələr sistitlə xəstələnir), bu da hamiləlik zamanı ölçücə böyümüş uşaqlığın sidik kisəsini sıxaraq, burada durğunluq və onunla yanaşı iltihabi prosesin yaranmasına səbəb olur. Menstrual tsikl və menopauza zamanı da qadınların müdafiə baryerləri zəiflədiyi üçün infeksiyalaşma ehtimalı yüksəlir. Statistikaya görə, qadınların hər biri heç olmasa həyatında 1 dəfə sistit simptomları ilə rastlaşır. Bunların 10%-də xəstəlik xroniki formaya keçir.

Sistitin yaranma səbəbləri aşağıdakılardır:'

1. Sidikçıxarıcı kanaldan sidik kisəsinə daxil olmuş bakteriyalar. Adətən, yoğun bağırsağın normal florası olan Escherichia coli (bağırsaq çöpləri), lakin digər bakteriyalara da rast gəlinir.

2. Bədənin aşağı hissələrinin soyuması (dənizdə uzunmüddət olduqda, yaş paltar və ya çimərlik paltarı geyinən zaman), qan dövranının intensivliyini pozaraq, immun sistemin zəifləməsinə səbəb olur.

3. Keçirilmiş virus infeksiyasından sonra immunitetin zəifləməsi nəticəsində ikincili bakterial floranın aktivləşməsi
4.Hipovitaminoz (orqanizmdə vitamin çatışmazlığı)

5. Azhərəkətli həyat tərzi (kiçik çanaq orqanlarında və sidik kisəsində qan dövranının pozulması)


8. Cinsi orqanların gigiyenasının pozulması

9. Sidik kisəsinin tam boşalmaması

10. Qadınlarda doğuş zamanı, kişilərdə isə prostat vəzinin adenomasında müalicəvi və ya diaqnostik prosedur olan sidik kisəsinin sistoskopiyası, kateterizasiyası kimi prosedurlar


Sistit zamanı tez-tez və yandırıcı ağrı, pis qoxulu, bulanlıq və bəzən qanlı sidiyəgetmə, bel nahiyəsində daimi ağrılar müşahidə olunur. Yaşlılarda və uşaqlarda simptomlar o qədər də kəskin olmur. Onlarda yeganə simptom qızdırma, titrətmə, qarnın aşağı nahiyəsində ağrı, ürəkbulanma da ola bilər.

Düzgün müalicə olunmamış sistit xroniki formaya keçə bilər və sidikçıxarıcı yollarla yuxarı qalxaraq, böyrəkləri də zədələyə bilər ki, bu da daha ciddi və təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

Ona görə də fəsadlardan və ağırlaşmalardan qorunmaq üçün ilk simptomlarla rastlaşdığınız zaman dərhal müalicəyə başlamaq məsləhətdir.

İlk növbədə kifayət qədər qazsız mineral mayelərin, bitki çaylarının içilməsi, ayaqların, böyrəklərin soyuqdan qorunması, zülal tərkibli və acı maddələrin qidadan çıxarılması məsləhət görülür.

Medikamentoz müalicədə spazmolitik və antibakterial preparatlardan istifadə olunur. Mütəxəssislərin fikrincə, antibiotiklə müalicə almış hər dörd qadından birində qısa müddətdən sonra sistit residivləşir. Bu təhlükəylə, adətən, cavan qızlar və 50 yaşdan yuxarı qadınlar qarşılaşır. Məhz buna görə son zamanlar bir çox həkimlər daha zərərsiz və effektiv müalicə üsullarına üz tuturlar.


Bu baxımdan böyrək xəstəliklərinin müalicəsində biotənzimləyici müalicədən istifadə etmək çox məqsədəuyğundur. Biotənzimləyici terapiyada istifadə olunan preparatlar Almaniyada yüksək texnologiya ilə hazırlanan və tərkibində bitki, heyvan mənşəli komponentlər, göbələklər, təbii minerallar, katalizatorlar, canlı və zəiflədilmiş mikroorqanizmlər, toxuma ekstraktları olan dərman preparatlarından istifadə edilir. Böyrək və sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin, o cümlədən sistitin müalicəsində kombinə olunmuş unikal preparat olan RENEEL-in istifadəsi əvəzolunmazdır. RENEEL-in unikal tərkibi hər yaşda (uşaqlar, hamilələr və südverən analar da daxil olmaqla) sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunmasına imkan verir.

Preparatın tərkib komponentləri aşağıdakılardır:


Sabal serrulatum – sidik durğunluğu, dizuriya, damcıyla sidik ifrazı
Acidum nitricum – selikli qişaların qıcıqlanması, depressiyalar
Cantharis – tezləşmiş sidiyəgetmə və tenezmlər zamanı sidikçıxarıcı yolların selikli qişasına təsir edir. Sidiyəgetmədə yandırıcı ağrı
Causticum Hahnemanni – sidik kisəsinin zəifliyi və yandırıcı ağrı
Alumina – selikli qişaların iltihabı




Reneel preparatının tərkib komponentləri bir-birilərinin təsirini tamamlayaraq aşağıdakı effektlərin yaranmasına səbəb olur:

 iltihabəleyhinə
 spazmolitik
 diuretik

 ağrıkəsici
Beləliklə, Reneel preparatı iltihabın yaranmasının qarşısını alır, spazm və ağrını azaldır, sidik ifrazını normallaşdırır.

Əsas göstərişlər:

• böyrək və sidik kisəsinin iltihabi xəstəlikləri (nefrit, sistit, uretrit)
• sidikdaşı xəstəliyi (digər bioloji preparatlarla yanaşı)

Reneel preparatının üstünlükləri:

• effektivlik və təhlükəsizlik
• sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin hərtərəfli müalicəsi
• xəstəliyin xroniki vəziyyətə keçməsinin qarşısının alınması

Preparat həb formasında buraxılır. Kəskin hallarda 2 saat ərzində, hər 15 dəqiqədən bir, sonra isə gündə 3 dəfə 1 tablet dilaltı sorularaq istifadə olunur.

Həkimin xəstəlik və müalicəsi barədə açıqlamasını təqdim edirik: