12 sm quyruqla doğulan körpə əməliyyat edildi - FOTO

  • 2021.11.11 17:15
  • 2164 Baxış
12 sm quyruqla doğulan körpə əməliyyat edildi -  FOTO
Dünyada nadir anomaliyalardan hesab edilən quyruqlu körpələrdən biri Braziliyada dünyaya gəlib.

Medicina.az xəbər verir ki, bu barədə Journal of Pediatric Surgery Case Reports dərgisi məlumat verib.

Braziliyada uşaq xəstəxanasında 35 həftəlik təbii doğuşla dünyaya gəlmiş oğlan uşağı quyruqlu dünyaya gəlib. Ana sağlam olsa da, hamiləlik vaxtı siqaret çəkər, eləcə də 2 dəfə antibiotik qəbul etmişdi.

Doğuşdan sonra körpədə onurğanın aşağısından dəri ilə örtülü 4 santimet diametrli artıq bir hissənin asıldığını aşkar ediblər.

Əslində belə quyruq hər bir döldə onurğa formalaşarkən əmələ gəlir, 5 ci həftədə o itir. Quyruq toxuma, dəri, sinir və qan damarlarından ibarət idi.

Həkimlər quyruğun əməliyyatla götürülməsi qərarına gəliblər və əməliyyat uğurlu keçib.



12 sm quyruqla doğulan körpə əməliyyat edildi -  FOTO