14 iyun - Dünya Qan donorluğu günü - Kimlər donor ola bilər?

  • 2023.06.14 14:41
  • 1399 Baxış
14 iyun - Dünya Qan donorluğu günü  - Kimlər donor ola bilər?

2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatla hər il 14 iyun qan donorları günüdür.



"Medicina" xəbər verir ki, hər il 12 milyon donor qan verir. Əslində ildə 1 dəfə qan vermək sağlamlığa faydalıdır.

Qan donorluğu pulsuz və könüllüdür.

Kimlər qan donoru ola bilər?

Xəstəliklərin və qadağaların siyahısı kifayət qədər uzundur. Amma yaxşı olar ki, insanlar sağlam qanın vacib olduğunu da unutmayıb, savabdır deyə yararsız qan verməkdən çəkinsinlər.


•Qan vermək üçün yaşı 18-dən yuxarı sağlam insan uyğundur.

• Qan verən insanın çəkisi 50-52 kq-dan aşağı olmamalıdır.

•Qan verən gün insanın bədən hərarəti 37 dərəcədən yuxarı, 35 dərəcədən aşağı olmamalıdır.


Bu xəstəliyi olan insanlar qan verməkdən uzaq dursunlar:


•Hepatit virus istənilən növünün daşıyıcıları

•Tuberkulyozun istənilən formasını keçirmiş şəxslər

•QİÇS xəstəliyi və daşıyıcısı olanlar

•Parazitar xəstəliyi olanlar: toksoplazmoz, exinokokkoz

•Qan xəstəliyi olanlar

•Xoşxassəli və bədxasəli törəmə şişi olanlar

•Kar və kor şəxslər

•Psixi xəstəliyi olanlar

•Alkoqolizm və narkomanlar

•Ürəyin işemik xəstəliyi olanlar

•Ateroskleroz xəstələri

•Bronxial astması olanlar

•Mədə və 12 barmaq bağırsağın kəskin xorası olanlar

•Qaraciyər sirrozu olanlar

•Böyrəklərində daş olanlar

•Burun boğazında irinli iltihabı olanlar

•Psoriaz, ekzema, qurdeşənəyi, dermatoz, mikoz, furunkulyoz kimi iltihabi dəri xəstəlikləri olanlar

•Xroniki osteomielit xəstələri

•Yaxın 1 ildə daxili orqanlarda əməliyyat etdirənlər


Bu əlamətlərdən biri olan şəxs qan götürülən zaman həkimi məlumatlandırmazsa, bu böyük səhv və günah hesab olunur.


Aygün Musayeva