Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

14 noyabr - Şəkərli Diabetlə Mübarizə günü - Xəstəlik necə başlayır?

  • 2023.11.14 15:08
  • 2124 Baxış
14 noyabr - Şəkərli Diabetlə  Mübarizə günü  - Xəstəlik necə başlayır?

Ürək-damar xəstəlikləri riskini artıran, ürək və onkoloji xəstəliklərdən sonra dünyada insan ölümlərinə səbəb olan xəstəlik diabetdir. Azərbaycan şəkər xəstəliyinin hər il artdığl ölkələrdəndir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.



"Medicina" xəbər verir ki 1991-ci ildən etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur.



2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edir.


Bəs xəstəlik necə başlayır:

Bədənin insulinə qarşı müqaviməti yarandıqda, qanda qlükoza səviyyəsinin artması baş verir, yəni şəkər sanki qanda "ilişib qalır". Qanda qlükoza səviyyəsi yüksək olduqda və ona ehtiyacı olan orqanlarda kifayət qədər qlükoza olmadıqda, bəzi narahatlıq və əlamətlər baş verir.

Çox susuzluq hissi yüksək qan şəkərinin əlaməti ola bilər. Digər mümkün əlamət, tualetə tez-tez getməkdir, xüsusən də gecələr yuxudan oyanıb.

Yüksək qan şəkəri yorğunluq, yuxululuq verə bilər, eyni zamanda cinsiyyət orqanlarının qaşınmasına səbəb olur.

Qanda şəkəri artan insanlar "bulanıq görmə"dən əziyyət çəkə bilərlər. Nəzarətsiz qan şəkəri olan xəstələr aclıq hiss edə bilər, bədəndəki yanıq və yaralar daha gec sağalır".

Qlükozanın qanda ilişib qaldığını göstərən 8 əlamət:

Güclü susuzluq hissi
Tez –tez sidiyə getmə
Yorğunluq

Yüngül qaşınma
Çəki itirmə

Yaraların sağalması daha uzun çəkir
Bulanıq görmə
Artan aclıq

Aygün Musayeva