Uşaq neçə yaşına kimi ortopedik ayaqqabı geyinməlidir? - Həkimdən cavab

  • 2025.10.18 17:01
  • 74 Baxış
Uşaq neçə yaşına kimi ortopedik ayaqqabı geyinməlidir? -  Həkimdən cavab

"Uşaq var ki, iridir ona 4 yaşında adi ayaqqabı yazıram. Elə uşaq var ki, 6 yaşında zəifdir, cılızdır, yenə də ortopedik ayaqqabı məsləhət görürəm".

Medicina.az xəbər verir ki, bunu fizioterapevt uzman dr Sənan Cəfərov bildirib.

Onun sözlərinə görə, 5 yaşına qədər uşaqların ayaq altındakı sümükləri inkişaf edir:

"Çalışırıq ki, 2-5 yaş arası ortopedik ayaqqabı geyinsin. Ortopedik ayaqqabının 3 əsas xüsusiyyəti var.
1. Rahatlıqla əyilməlidir.
2. Arxa hissəsi sərt olmalıdır.
3. İçərisi, daban hissəsi yumşaq və hündür olmalıdır".
Aygün
Medicina.az