Qanköçürmələrə əvvəllər sadə prosedur kimi baxılırdı, lakin təcrübə göstərdi ki, bu, sadə prosesdən uzaqdır.
“Medicina” xəbər verir ki, transfuzion mütəxəssis və terapevt Andrey Zvonkovun sözlərinə görə, uyğun qan tapmaq çox vaxt çətindir: bunun üçün çoxlu sayda donorların seçilməsi tələb olunur.
Mütəxəssis qanın sadəcə elə belə maye olmadığını vurğulayıb. Onu tam bir toxuma və ya orqanla müqayisə etmək olar.
"Bu, mahiyyətcə toxuma transplantasiyasıdır, çünki qan bədənin maye toxumasıdır. O, çox güclü və ciddi immun reaksiyaya səbəb olan hüceyrələr, liflər və hüceyrələrarası boşluqları ehtiva edir”.
Bu yaxınlarda Hindistanın cənubundakı Karnataka əyalətinin həkimləri dünyada ilk dəfə olaraq unikal qan qrupunu yeni antigenlə müəyyən ediblər. Kəşf Kolar rayonundan olan 38 yaşlı xəstədə planlı ürək əməliyyatına hazırlıq zamanı edilib.
Aygün Musayeva