Türkiyədə Ədirnədə 14 yaşlı qız 15 yaşlı sevgilisi tərəfindən ov tüfəngi ilə vurularaq öldürülüb.
Medicina.az xəbər verir ki, Ədirnənin Menzilahir məhəlləsində saat 2:00 radələrində dəhşətli hadisə baş verib. Məlumata görə, 15 yaşlı A.Ç. ilə 14 yaşlı sevgilisi Gizem Özdemir arasında naməlum səbəbdən mübahisə baş verib.
Mübahisə qızışdıqca A.Ç. yanında olan ov tüfəngi ilə Gizem Özdemiri vurub. Silah səslərini eşidən sakinlərin xəbərlərindən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Tibb işçiləri Gizem Özdemirin hadisə yerində öldüyünü müəyyən ediblər.
Hadisə yerində aparılan müayinədən sonra gənc qızın cəsədi yarılma üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb. Hadisədən sonra qaçan A.Ç. polisin səyləri nəticəsində tez bir zamanda tutularaq nəzarətə alınıb. Hadisə ilə bağlı araşdırma başlanıb.
Aygün
Medicina.az