Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

150 min COVID-19 vaksini MƏHV OLDU

  • 2021.11.03 13:11
  • 1199 Baxış
150 min COVID-19 vaksini  MƏHV OLDU

Filippində baş verən yanğın hadisəsi nəticəsində COVID-19 əleyhinə 148 678 doza peyvənd məhv olub.

Medicina.az "CNN"ə istinadən xəbər verir ki, yanğın nəticəsində 4 müxtəlif istehsalçının vaksin dozaları sıradan çıxıb.

Filippinin Paqadian şəhərinin yerli hökumət binasında baş verən yanğın nəticəsində 9 176 doza “AstraZeneca”, 14 400 doza “Moderna”, 36 164 doza” Sinovac” və 88 938 doza “Pfizer” məhv olub.