16 yaşında ana olan qız sevgilisinə qoşulub qaçdı

  • 2025.11.04 15:18
  • 129 Baxış
16 yaşında ana olan qız sevgilisinə qoşulub qaçdı


"16 yaşlı ana sığınacaqdan xəbər etmədən sevgilisi ilə gedib".

Medicina.az xəbər verir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

"O, ata və anasını itirən, sevgiyə, qayğıya möhtac bir qızdır. Qız onun-bunun himayəsində böyüyüb. Görünür, oğlan ona bu sevgini göstərib, yaxud manipulyasiya edib və qız da körpəsini qoyaraq qaçıb. Oğlan azyaşlı ilə münasibətə girdiyi üçün haqqında cinayət işi başladılıb və araşdırma aparılır. Körpə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib. Qızın özündən böyük bacısı var, lakin həyat yoldaşı yanında qalmasına icazə verməyib. Hazırda sevgilisi ilə qaçan 16 yaşlı qızın harada olduğu bilinmir".

Qız körpəsindən və sığınacaqda qalmasından imtina edib. Körpənin atasının 27 yaşı olduğu deyilir.