İngiltərədə Cenevrə adlı qız 2008-ci ildə avtomobildə anasının doğuşunda yardım edən polisi 17 ildən sonra tapıb.
“Medicina” xəbər verir ki, qızın atası Devid Fitte hamilə arvadını xəstəxanaya çatdırmağa çalışsa da, doğuş yolda, maşında başladı. Bu zaman onların köməyinə yolda növbədə olan polis maşını və polis Conatan Burke yardım edib.
17 il sonra Cenevrə məzun balına məhz onun xilaskarı ilə getmək istədi. Qızın atası Conatanı tapıb, qızının arzusunu bildirdi. Bu təklif polisi çox təəccübləndirdi.
Nəhayət ki, həmin gün gənc qız polis xilaskarının qolunda bala daxil oldu.
Aygün Musayeva