17 illik həsrətə son qoyuldu - Azərbaycanda nadir uğur hekayəsi-FOTO

  • 2026.03.18 16:59
  • 129 Baxış
17 illik həsrətə son qoyuldu -  Azərbaycanda nadir uğur hekayəsi-FOTO

Xarici ölkələrdə nəticəsiz qalan müalicələrdən sonra 17 il övlad həsrəti çəkən pasiyent Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ana olmaq sevincini yaşayıb.

Medicina.az xəbər verir ki, İnstitutun Reproduktiv Sağlamlıq Texnologiyaları şöbəsinin müdiri, dos. Dr. Xəyalə Təhməzinin peşəkar ginekoloji yanaşması sayəsində hamiləlik əldə olundu. 27-ci həftədə 1290 qram çəki ilə dünyaya gələn kiçik Aynur Bağırova 40 günlük intensiv neonatal müalicədən sonra sağlamlığına qovuşaraq ailəsinə təhvil verilib.



17 illik həsrətə son qoyuldu -  Azərbaycanda nadir uğur hekayəsi-FOTO