Masallı rayonunun Sirəbil kəndində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2008-ci il təvəllüdlü Nəhmətov Ziyafət Şaiq oğlu at üstündə olarkən ehtiyatsızlıqdan su hövzəsinə yıxılıb.
Köməksiz qalan Z.Nəhmətov boğularaq ölüb.
Biləsuvarın Nərimankənd kəndində isə onun həmyaşıdı Quluzadə İqbal İlqar oğlu körpüdən keçərkən çaya yıxılaraq boğulub.
Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır.
Fotoda İqbal Quluzadə