18 mart - Dünya Yuxu Günüdür - Gecə yatmayanları nə gözləyir?

  • 2022.03.18 14:41
  • 2062 Baxış
18 mart - Dünya  Yuxu Günüdür -  Gecə yatmayanları nə gözləyir?
18 mart hər il dünyada Beynəlxalq Yuxu Günü kimi qeyd olunur.

Sağlam yuxu zamanı orqanizmin gündəlik həyatda sərf edilən bütün qüvvəsi bərpa olunur.

Alimlərin müxtəlif peşə sahibləri arasında apardıqları araşdırmalardan məlum olub ki, ağır işdə, növbəli işdə çalışan insanlar sutkada 6 saatdan az yatırlar. Onlardan sonra bu siyahını müəllimlər, fəhlələr, mühafizəçilər və sürücülər davam etdirirlər.

Yuxu çatışmazlığı aşpaz və qənnadı ustalarının fəaliyyətinə də mənfi təsir göstərir. Tədqiqatlar göstərir ki, mühasiblər, məşqçilər, mühəndislər və rəhbər vəzifəsində çalışanlarlar normal yuxu rejiminə daha dəqiq riayət edənlər, yəni təxminən 6-8 saat arası yatan şəxslərdir.


Medicina.az yuxu zamanı bədəndə baş verən dəyişiklikləri təqdim edir:

1. Qan dövranı və ürək ritmi yavaşıyır, ürək və damarlar "dincəlir". Xroniki yuxusuzluq, yuxunun az olması ürək və damarları həddindən artıq yükləyir ki, bu da ürək və damarlar xəstəliklərin riskini artırır.

2. Saglamolun.az xəbər verir ki, yuxu zamanı arterial təzyiq 5-7 mm c.st. aşağı düşür. Bu səbəbdən yuxunun normal olması hipertoniyanın profilaktikasında mühüm rol oynayır.

3. Eşitmə "işləyir", iybilmə "yatır". Məhz buna görə istənilən güclü səs insan oyada bilər, lakin əksər hallarda yatan insan hətta çox kəskin iyə oyanmır.

4. Onurğa sütunu düzəlir, fəqərə arası disklər dartınır və düzgün vəziyət alır. Bu səbəbdən insanın boyu səhər saatlarında axşamla müqayisədə 0,5-1 sm daha hündürdür.

5. İnsan arıqlayır. Yuxunun kifayət qədər olması piylənmənin profilaktikasında böyük rol oynayır.

6. Dəri cavanlaşır. Kollagenin sintezi artır, oksigen mübadiləsi aktivləşir, dəri hüceyrələrinin yenilənməsi prosesləri stimullaşır, dərinin rəngi yaxşılaşır, kiçik qırışlar hamarlanır.

7. Stress hormonların səviyyəsi azalır. Bu isə həm sinir, həm immun, həm də ürək-damar sistemlərinin sağlamlığı üçün olduqca vacibdir.

8. İmmun sisteminin fəaliyyəti aktivləşir, immun hüceyrələrinin sintezi artır. Məhz bu səbəbdən həkimlər xəstə insana daha çox yatmağı və dincəlməyi tövsiyə edirlər.

9. Beyin gün ərzində qəbul etdiyi məlumatları sistemləşdirir. Yuxu beyinin normal fəaliyyəti üçün çox vacibdir.

10. Cinsiyyət hormonların ifrazı artır. Bu səbəbdən yuxunun az olması kişilərdə potensiyanı və libidonu azaldır.
/Saglamolun.Az/