18 yaşlı qız dərmandan zəhərləndi

  • 2023.01.04 08:59
  • 1532 Baxış
18 yaşlı qız  dərmandan zəhərləndi
Şəmkir şəhərində zəhərlənmə faktı qeydə alınıb.

Medicina.az APA-ya istinadla bildirir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.


2005-ci il təvəllüdlü Azərin Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

18 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Mustafayeva dərman içərək zəhərlənib.

Onun hansı səbəbdən dərman içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.