19 yaşlı gəncin orqanları 6 xəstəyə ümid oldu - FOTO

  • 2026.06.11 22:26
  • 202 Baxış
19 yaşlı gəncin orqanları 6 xəstəyə ümid oldu -  FOTO

Amasiyada motosiklet qəzasından sonra beyin ölümü keçirən 19 yaşlı Mustafa Yalçının bağışladığı orqanlar Türkiyənin müxtəlif şəhərlərində transplantasiya gözləyən 6 xəstəyə köçürülüb.

Medicina.az xəbər verir ki, 19 yaşlı Mustafa Yalçın ötən bazar günü Amasiyada motosiklet qəzasında ağır yaralanaraq Amasiya Universiteti Sabuncuoğlu Şerefeddin Təlim və Araşdırma Xəstəxanasına aparılaraq reanimasiyaya yerləşdirilib.



Həkimlərin bütün səylərinə baxmayaraq, gənc xəstə beyin ölümü keçirib.

Mustafa Yalçının ailəsi orqan bağışlamasını təsdiqləyib. Bu qərar müxtəlif şəhərlərdə transplantasiya gözləyən xəstələr üçün yeni ümid yaradıb.

Səhiyyə qrupları prosesin həm tibbi, həm də insani baxımdan son dərəcə həssaslıqla aparıldığını bildiriblər.



Təxminən 3 saat davam edən əməliyyatla gəncdən alınan orqanlar Ankara, İstanbul, Samsun və Trabzonda müalicə gözləyən xəstələrə göndərilib.

Mütəxəssis qruplar tərəfindən həyata keçirilən transplantasiya prosesi orqanların ehtiyacı olanlara mümkün qədər tez çatmasını təmin etmək üçün əlaqələndirilmiş şəkildə aparılıb.



Transplantasiya əməliyyatını həyata keçirən səhiyyə qrupları Yalçın ailəsinə həssaslıqlarına görə təşəkkür edinlər. Bildirilib ki, proses boyunca emosional anlar yaşanıb və xəstəxana işçiləri də ailəni dəstəkləyiblər.

Orqan bağışlanmasından sonra Mustafa Yalçının cənazəsi ailəsinə təhvil verilib. Gənc üçün Ziyarət qəsəbəsində dəfn mərasimi keçirilib.

Gənc dualarla son səfərinə yola salınıb.



Aygün
Medicina.az