1965-ci ildə 1 il ac qalmaqla arıqlayan – 207 kq-lıq gəncin AQİBƏTİ

  • 2022.02.11 19:58
  • 4726 Baxış
1965-ci ildə 1 il ac qalmaqla arıqlayan  – 207 kq-lıq gəncin AQİBƏTİ

1965-ci ildə Şotlandiyanın Dandi xəstəxanasına 27 yaşlı Anqus adlı gənc ağır vəziyyətdə gətirilir. Onun çəkisi 207 kq idi. Adi təcili yardım onu təxliyə edə bilməmişdi.

Həkimlər gəncin müalicəsinin birinci şərti kimi arıqlamağın vacib olduğunu dedi.

Aqnus özü də həkimlərə yalvarırdı ki, normal çəkiyə düşmək üçün hər şeyə hazırdır. O hətta ac da qalar. Həkimlərin nəzarəti altında gənc ciddi və qeyri-adi pəhrizə başlayır.

Medicina.az xəbər verir ki, o, 40 gün qidadan imtinaya başlayır. İlk başda bir qədər çətinliyi olsa da, sonradan oğlan eksperimentin daha da uzanmasını istəyir və qidadan tam imtina edir.

Bir il ərzində o ancaq maya və vitamin əlavələri – C, A, kaliy və duz qəbul edirdi. Əvəzində istədiyi qədər maye- çay, qəhvə, şirələr, qazlı su içə bilərdi. Arada süd də içirdi.
Tualetə o 35 gündə bir dəfə gedirdi.

Bütün qidası maye olan Aqnusun bir illik eksperimenti 1966-cı ilin 11 iyulunda bitdi. 382 gün ərzində o, 125 kq arıqlayaraq, 82 kq oldu.

Bundan sonra o səhərlər bir yumurta, bir dilim çörək yeyər, yeməklərin dadını hiss etmədiyindən nadir halda müxtəlif qidalar yeyərdi.

O, yeməksiz özünü rahat, xoşbəxt hiss etdiyini deyirdi.

5 ildən sonra o bir qədər kökəlsə də, ömrünün sonuna kimi 90 kq-ı keçmədi.
Aqnus 30 yaşında evlənib, 2 övladı oldu və 24 il də yaşadıqdan sonra ürək tutmasından öldü.


MEDİCİNA.AZ