Azərbaycanda şəkərli diabet və preddiabet xəstəliyi hər il getdikcə daha çox insanı əhatə edir. Şəkərli diabet xroniki, ömürlük xəstəlikdir, ömür boyu nəzarət, müalicə tələb edir.
“Medicina” xəbər verir ki, həkimlər 2-ci tip şəkərli diabetin inkişafını göstərən səkkiz əsas əlaməti müəyyən ediblər.
Daxili orqanlara təsir edən və müəyyən simptomlara səbəb olan müxtəlif pozğunluqların inkişafına kömək edən qanda uzun müddət davam edən yüksək qan şəkəridir.
Aşağıdakı əlamətlərə diqqət yetirməyi tövsiyə edir:
səbəbsiz çəki dalğalanmaları – kökəlmə, piylənmə, arıqlama
susuzluq hissi,
artan sidik ifrazı (xüsusilə gecə),
sağalması uzun müddət davam edən dəri yaraları
görmə pozğunluğu (bulanıq görmə),
əllərinizdə və ayaqlarınızda karıncalanma
qeyri-adi yorğunluq,
başgicəllənmə
Həkimlər 40 yaşdan yuxarı insanlar, artıq çəkisi olanlar və irsi meyli olanlar 2-ci tip şəkər xəstəliyinə tutulma riski yüksəkdir deyə xəbərdarlıq edib.
Əgər bu əlamətlər varsa, dərhal sahə üzrə poliklinika və ya endokrinoloqa müraciət edib, analizlər verin.
Aygün Musayeva