Bəzi enerji içkilərinin tərkib hissələri yüksək dozada qəbul edildikdə kəskin qaraciyər zədələnməsinə səbəb olur.
Qidanın enerjiyə çevrilməsinə kömək edən niasin əksər enerji içkilərində tərkib hissədir. Təbii əlavə kimi qəbul edilsə də, bəzi tədqiqatlar onu qaraciyər zədələnməsi riskinin 50 faiz artması ilə əlaqələndirir. İki ayrı hal hesabatı həddindən artıq enerji içkisi istehlakından yarana biləcək fəsadlar haqqında bəzi məlumatlar təqdim edir.
Medicina.az xəbər verir ki, hepatoloq Alla Yujnova bu hadisə ilə bağlı şərh verib.
"Tibbi hesabatda iki həftə ərzində gündə 10 qutu enerji içkisi qəbul etdikdən sonra xəstəxanaya müraciət edən 22 yaşlı qadının vəziyyəti təsvir olunur. Epiqastrik nahiyədə ağrı aşkar edən bir sıra testlər kəskin hepatit diaqnozuna səbəb oldu.
Bu xəstədə kəskin hepatitin inkişafı çox güman ki, həddindən artıq enerji içkisi istehlakı ilə əlaqəli idi və günahkar niasin idi", -
Oxşar tibbi müşahidələr qarın ağrısı, sarılıq və yorğunluqla bir həftə xəstəxanaya yerləşdirilən 36 yaşlı kişinin hadisə hesabatında da aparılıb.
Sənədlərə görə, xəstə son bir ildə "hər gün şəkərsiz enerji içkisi" ni həddindən artıq qəbul edib.
.
Enerji içkilərinin tərkibində kofein, taurin, niasin kimi B vitaminləri və digər maddələr də daxil olmaqla çoxsaylı qatqılar var. Enerji içkilərinin qaraciyərə zərər verən komponentləri məlum olmasa da, niasinin tez-tez rol oynadığı aşkar edilmişdir.
Aygün Musayeva