2 nəfər pilləkəndən yıxılaraq öldü

  • 2026.01.19 13:43
  • 57 Baxış
2 nəfər pilləkəndən yıxılaraq öldü

Şəmkir rayonunda faciəli hadisə qeydə alınıb.

Medicina.az xəbər verir ki, yanvarın 17-si saat 12 radələrində Yuxarı Seyfəli kənd sakini 1993-cü il təvəllüdlü Aliq Xaliq oğlu Məmmədov yaşadığı evin həyətində pilləkəndən yıxılaraq ölüb.

Bundan başqa Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində tikintidə fəhlə işləyən qəsəbə sakini 1965-ci il təvəllüdlü Asif Ağasi oğlu Babayev yanvarın 7-də pilləkəndən yıxılıb. İş yerindən xəstəxanaya aparılan A.Babayev yanvarın 18-i orada ölüb.

Qeydə alınan faktlarla bağlı araşdırmalar aparılır.