Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 saylı doğum evinin təmirinə pul ayrıldı - 2 milyon manat

  • 2019.04.03 18:30
  • 16485 Baxış
2 saylı doğum evinin təmirinə pul ayrıldı -  2 milyon manat

Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin təmirinə 2 milyon manat ayrılıb



Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.



Medicina.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.



Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.