2 yaşlı uşaq lobya dənəsi udub boğuldu- BAKIDA

  • 2021.01.25 14:48
  • 4524 Baxış
2 yaşlı uşaq lobya dənəsi udub boğuldu - BAKIDA

Bakıda 2 yaşlı uşaq evdə lobya dənələri ilə oynayarkən, onlardan birini udur.
Lobya nəfəs yoluna düşür və uşaq boğulmağa başlayır.

Ana ilkin tədbir görüb, lobyanı çıxarmağa çalışsa da bu mümkün olmur.

Medicina.az xəbər verir ki, təcili olaraq həkimə çatdrılan uşağı cərrah Fuad Hüseynov ağır vəziyyətdə qəbul edir.

"Uşaqda saturasiya 30% idi, demək olar ki, sağ qalmaq şansı azalırdı.

Lobya ağız suyunun təsirindən daha da şişib, getdikcə nəfəs yolunu tam bağlayırdı.

Təcili əməliyyatxanaya alıb, işıqlı endoskopik alətlə çətinliklə lobyanı parçalayıb çıxardıq.
Uşağın tənəffüsü bərpa olundu.

Valideynləri bu kimi hadisələrlə qorxutmaq istəmirik, amma adi bir lobya ilə belə körpə uşaq oynayarkən diqqətli olun.
Nəfəs yoluna yad nəsə düşəndə isə əgər ilk cəhddən çıxara bilmədinizsə, vaxt itirməyin, dərhal xəstəxanaya çatdırın. Belə halda dəqiqələr də önəm daşıyır".