İvanovodan olan rusiyalı fotoqraf Svetlana Perşina iyirmi illik axtarışdan sonra, ölü hesab etdiyi atasını tapıb.
Medicina.az unikal-a istinadla xəbər verir ki, qızın atasının sağ olduğu, Azərbaycanda cərrah işlədiyi məlum olub.
Qadın əri və azyaşlı uşaqları ilə Bakıya səyahət edərkən təsadüfən atasını tapıb.
"O, həm insan, həm də cərrah kimi güclü, ədalətli və dözümlüdür. Xüsusən də Qarabağ haqqında hekayələri məni heyrətləndirir.
Onu çaşdırmaq çətindir. Qızının olması xəbərindən başqa", - deyə o qeyd edib.