Moskvada həkimlər 100 yaşlı xəstənin görmə qabiliyyətini bərpa etdilər.
Medicina.az xəbər verir ki, müharibə veteranı 20 ildən çoxdur ki, sol gözündə korluq çəkirdi və hər iki gözünün nə vaxtsa düzgün işləyəcəyinə ümidini itirmişdi.
Müayinə zamanı həkimlər hiperyetkin katarakta aşkar ediblər və xəstəni əməliyyata göndəriblər.
Mətbuat xidməti bildirib ki, oftalmoloqlar müasir fakoemulsifikasiya texnikasından istifadə edərək minimal invaziv əməliyyat aparıblar: xəstənin zədələnmiş linzasının yerinə yumşaq süni implant quraşdırılıb.
Nəticədə, həkimlər sol gözdə görmə qabiliyyətini mümkün olan maksimum 30%-ə qədər yaxşılaşdırmağa nail olublar.
Aygün Musayeva