Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

20 ilin ən güclü epidemiyası - Çikunqunya qızdırması

  • 2025.05.26 16:46
  • 167 Baxış
20 ilin ən güclü epidemiyası   - Çikunqunya qızdırması

Şri-Lankada 20 ilin ən güclü epidemiyası alovlana bilər.


"Medicina" xəbər verir ki, Respublikanın Səhiyyə Nazirliyi, eləcə də yerli aparıcı virusoloqlar son 20 ildə adada çikunqunya qızdırmasının ən aktiv şəkil alması barədə həyəcan təbili çalıblar.

Bu xəstəlik ağcaqanadlarla yayılır, gündüzlər aktiv olan sarı qızdırma ağcaqanadlarının dişləməsi ilə keçir. İnfeksiyanın simptomları xəstəliyə yoluxduqdan sonra 2-12 gün ərzində üzə çıxır və şiddətli oynaq ağrısı, yüksək hərarət və dəridə səpkilərlə özünü büruzə verir.