Qadın qeysəriyyə əməliyyatı olundu, körpəsini xilas etmək olmadı

  • 2019.01.10 10:58
  • 6464 Baxış
Qadın qeysəriyyə əməliyyatı olundu, körpəsini xilas etmək olmadı
 

Azərbaycanda doğuş zaman daha bir körpə ölüb.


Medicina.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.


Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Aysel Elçin qızı Məhərrəmli yanvarın 8-də Tərtər rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə daxil olub. Həkimlərin səyinə baxmayaraq Aysel Məhərrəmli körpəsini dünyaya gətirə bilməyib. Əlacsız qalan valideynlər A. Məhərrəmlini dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxananın doğum şöbəsində dərhal qeysəriyyə əməliyyatı edilən qadının bətnindən körpə ölmüş vəziyyətdə çıxarılıb.


Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


İstintaq hərəkətləri davam edir.