2021-ci ildə ən çox baxılan populyar domenlər - SİYAHI

  • 2021.12.24 14:10
  • 2350 Baxış
2021-ci ildə ən çox baxılan populyar domenlər -  SİYAHI
2021-ci ilin sonunda “Cloudflare” tərəfindən tərtib edilən ən populyar domenlər siyahısına TikTok.com başçılıq edir.

Bu barədə şirkətin saytında məlumat verilib.


2020-ci ildə ən çox ziyarət edilən resurs Google.com və onun xidmətləri olub. Həmin vaxt “TikTok” yeddinci və səkkizinci yerlərdə olub.

Lakin bu il ötənilki lider reytinqin ikinci pilləsinə düşüb.

Siyahıda üçüncü yeri “Facebook” tutub.

Bundan sonra ən popular domenlər siyahısında Microsoft.com, Apple.com, Amazon.com, Netflix.com, YouTube.com, Twitter.com, WhatsApp.com saytları gəlir.