Taylandın Ratçasima şəhərindəki əsgər toplama məntəqəsində Phra Chakrit xüsusi diqqət çəkib.
Söhbət təkcə bu adamın rahib olması və monastır paltarları geyinməsi ilə bağlı deyildi. Phra 207 santimetr boyunda idi. Ətrafdakı insanlar ona heyran oldular və hətta rahiblə şəkil çəkdirməyi xahiş etdilər .
Medicina.az xəbər verir ki, boyuna gəldikdə isə, Phranın sözlərinə gör, bu, onun südə olan sevgisindən irəli gəlir.
Uşaqlıqdan bəri südü o qədər sevirdi ki, hətta sudan imtina edərək onu içirdi.
Phranın valideynləri onunla birlikdə əsgər toplama məntəqəsinə gəlmişdilər və oğulları orduda xidmət etmək istəsələr, onu dəstəkləyəcəklərini bildirdilər.
Aygün Musayeva