22 yaşlı oğlan faciəvi şəkildə öldü - FOTO

  • 2026.01.24 11:48
  • 207 Baxış
22 yaşlı oğlan faciəvi şəkildə öldü -  FOTO

Qusarda dəm qazından ölüm hadisəsi qeydə alınıb.

Medicina.az Bizim.Media-a istinadla xəbbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində baş verib.

Kənd sakini, 22 yaşlı Fəzail Fariz oğlu Əbiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib.İmamqulukənd bələdiyyəsinin sədri Canəli Hörmətovun sayta verdiyi məlumata görə, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.


1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.
Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bildirilib ki, mərhum “Şahdağ” Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi.

Faktı Qusar rayon prokurorluğu araşdırır.