Çətin imtahandan keçdikdən sonra Çindən olan bir yeniyetmə istirahətə layiq olduğuna qərar verib.
Medicina.az xəbər verir ki, o,Ş demək olar ki, bütün günü uzanaraq (və ya ən yaxşı halda oturaraq) smartfonuna baxaraq vaxt keçirirdi. Nəticə faciəvi oldu: iki həftədən sonra oğlanın sağ baldırı o qədər şişmişdi ki, yeriməkdə çətinlik çəkdi.
Ailəsi yeniyetməni xəstəxanaya aparanda onda təhlükəli bir vəziyyət olan dərin vena trombozu olduğu aşkarlanıb.
Müalicəyə başlayan həkimlər xəstənin qan laxtalanmasına meylli ola biləcəyini qeyd ediblər, lakin bu halda əsas amil uzun müddət hərəkətsizlik olub.
Aygün Musayeva