25 günlük körpənin yumurtalığından nəhəng törəmə çıxarıldı - BAKIDA

  • 2020.12.29 18:05
  • 2745 Baxış
25 günlük körpənin yumurtalığından nəhəng  törəmə çıxarıldı  -  BAKIDA

Bakıda 25 günlük qız uşağının anadangəlmə, bətndaxili əmələ gəlmiş yumurtalıq kistası əməliyyat olunub.


Medicina.az xəbər verir ki, körpənin USM müayinəsində qarın boşluğunda nəhəng şiş aşkarlanıb. Əvvəlcə bunun nə olduğu bilinməyib.

Valideynlər uşaq cərrahı Fuad Hüseynova müraciət edirlər.

Aparılan müayinələr göstərib ki, körpənin sol yumurtalığında 10 sm ölçüdə nəhəng kist var.

Gözləmək riskli idi, o hər an partlaya və ya burula bilərdi.

Fuad Hüseynov və komandası 3 kiloqramlı1 25 günlük körpə üzərində təcili əməliyyat aparır və yumurtalıq qorunmaqla kist çıxarılır. Kistn içindən 150 ml maye boşaldılıb.


Əməliyyat uğurla keçib, körpə hazırda normal və sağlamdır.