28 iyul Dünya Hepatit günüdür - Qaraciyərinizi qoruyun

  • 2022.07.28 16:02
  • 2407 Baxış
28 iyul Dünya Hepatit günüdür  - Qaraciyərinizi qoruyun

2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur.

iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.

İnfeksion hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental - cinsi yolla yoluxma, transplasentar – anadan körpəyə yoluxma yolu ilə keçə bilər.

Medicina.az hepatitin əlamətlərini təqdim edir:

yuxululuq, halsızlıq;
ürəkbulanma, qusma;
miqren;
əzələlərdə və oynaqlarda ağrılar;
soyuqdəymə simptomları.


sidiyin tündləşməsi (tünd-qəhvəyi rəng);
göz skleralarının, ağız boşluğunun saralması;
ovucların dəri örtüyünün saralması;
sağ tərəfdə qabırğaaltı ağrılar;
nəcisin rəngsizləşməsi (öd yollarının tutulması səbəb olur)