28 sentyabr Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günü

  • 2022.09.28 15:28
  • 1341 Baxış
28 sentyabr  Ümumdünya Quduzluq Xəstəliyi ilə    Mübarizə Günü

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər ilin sentyabr ayının 28-ni dünyada quduzluqla mübarizə günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub.


İnsanlarda quduzluq xəstəliyi hidrofobiya - sudan qorxmaq, fotofobiya – işığa həssaslıq, psixonevroloji pozulmalar, udqunma aktının pozulması, yüksək hərarət və digər kliniki əlamətlərlə özünü büruzə verir. Quduzluq olduqca təhlükəli bir xəstəlikdir və müalicəsi olmadığı üçün, vaxtında vaksin vurulmazsa, ölümlə nəticələnir.




"Medicina" xəbər verir ki, xəstəlikdən qorunmaq üçün ev heyvanlarını quduzluğa qarşı peyvəndləməli, sahibsiz it və pişiklərlə birbaşa təmas qurulmamalıdır.



Sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir.


Elə bu səbəbdən də heyvanlar sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və digər humanist rəftarla da əhatə olunmalıdır.
Bu səbəbdən heyvanın hücumuna məruz qalan şəxs mütləq vaxtında həkimə müraciət etməli və quduzluğa görə peyvənd olunmalıdır.


Aygün M